
Bakı dairəvi avtomobil yolunun 0-5-ci km-də (Bakı Beynəlxalq Avtovağzalından Lökbatan istiqamətinə) təmir işlərinə başlanılıb.
Qaynar.info xəbər verir ki, təmir işləri ərzində yolun həmin hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti mərhələli şəkildə qismən məhdudlaşdırılacaq.
ASC-dən bildiriblər ki, hazırda yolun 4-5-ci km-də təmir işləri gedir və həmin hissədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Qaynar.info