Xəbər lenti

Sürücülərin diqqətinə: Bu yollar bağlı olacaq
Ölkə11:25 01.05.2014

Sürücülərin diqqətinə: Bu yollar bağlı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda "Tour dAzerbaidjan" beynəlxalq velosiped turunun növbəti yarışları keçiriləcək.

Yarışla əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Belə ki, may ayının 7-də saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

May ayının 8-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində, may ayının 9-da saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində;

Mayın 10-da saat 09.00-dan 13.30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda;

Mayın 11-də səhər saat 08.30-dan 11.00-dək Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Şüvəlan – Mərdəkan – Buzovna – Bilgəh – Nardaran yolu – Bilgəh – Zağulba – Buzovna –Hava limanı şosesi” marşrutu üzrə, saat 11.00-dan 14.00-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdii Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Sürücülərdən göstərilən vaxtlarda həmin istiqamətlərə alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qaynar.info