Xəbər lenti

Sürücülərin diqqətinə: sabah bu prospekt bağlı olacaq
Ölkə14:31 06.08.2019

Sürücülərin diqqətinə: sabah bu prospekt bağlı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq 07.08.2019 tarixində səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq. 
Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya bildirilib ki, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.