Xəbər lenti

Sürücülərin işi çətinləşdi: yollarda təhlükəli vəziyyət yarandı - VİDEO
Ölkə18:20 22.11.2016

Sürücülərin işi çətinləşdi: yollarda təhlükəli vəziyyət yarandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Havaların soyuması dağlıq ərazilərdən keçən yollarda təhlükəni artırıb. Şamaxı yollarında buzlaşma avtomobillərin hərəkətinə ciddi təsir edib. Ötən gün axşam saatlarından daha qatı olan duman sürücülərin işini çətinləşdirib.

Qaynarinfo.Az xezerxeber.com-a istinadən bildirir ki, şaxtalı, dumanlı hava sürücülərə çətinlik yaradıb.

2 gündür davam edən şaxtalı hava əsasən magistral yollara öz təsirini göstərib. Şamaxı-Ağsu, Şamaxı-Pirqulu yolu buz bağlayıb.

Axşam saatlarında yolda hərəkət çətinləşib. Duman səbəbindən görmə məsafəsi 1-2 metirə enib. Sürücülər bir birinin ardınca ara məsafəsi saxlayaraq hərkət ediblər.

Səhər saatlarından duman çəkilib.Temperatorun qalxması ilə Yollarda olan sürüşkənlik yoxa çıxıb.

Qaynarinfo.Az