Xəbər lenti

Sürücülərin nəzərinə!
08:30 07.03.2015

Sürücülərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heydər Əliyev prospektinin köməkçi hissəsində nəzərdə tutulan işlər yekunlaşıb.

Qaynar.info-nun məlumatına görə, Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük Şor qovşağından Ramstor qovşağına qədər olan sahəsində dünən gecə saat 21:00-dan başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb. 

Görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından Ramstor qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib. 

Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb. 

Qaynar.info

Oxşar xəbərlər