Xəbər lenti

Sürücülərin nəzərinə: Ağsu aşırımı bağlanır
Ölkə15:25 22.05.2016

Sürücülərin nəzərinə: Ağsu aşırımı bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparılacaq qısa müddətli təmir işləri ilə əlaqədar olaraq sabahdan, yəni 23 may səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun "Ağsu aşırımı" hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Azəravtoyol"dan Qaynarinfo.az-a daxil olan məlumata görə, sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.
Qaynarinfo.az