Xəbər lenti

Sürücülərin nəzərinə: bu gecə körpülər bağlanacaq
Ölkə17:00 20.08.2015

Sürücülərin nəzərinə: bu gecə körpülər bağlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirir.

Qaynar.info “Azəryolservis” ASC-yə istinadən bildirir ki, bu axşam saat 22:00-dan səhər saatlarınadək Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişmələrində yerləşən yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində körpülərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Həmin istiqamətdə nəqliyyat vasitələri hərəkətlərinə yol ötürücülərinə daxil olmadan yan yollarla rahat və maneəsiz şəkildə davam edə biləcəklər.