Xəbər lenti

Sürücülərin nəzərinə: bu yol 1 günlük bağlanır
Ölkə13:22 14.01.2019

Sürücülərin nəzərinə: bu yol 1 günlük bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt - H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.
Bu barədə Qaynarinfo-ya "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.