Xəbər lenti

Sürücülərin nəzərinə: bu yolda cərimələnə bilərsiniz (VİDEO)
Ölkə21:40 26.03.2025

Sürücülərin nəzərinə: bu yolda cərimələnə bilərsiniz (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xətai rayonu, Lütfizadə küçəsində yol boyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur.
Əraziyə yaxın yaşayanlar bildirirlər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.
Məsələ ilə bağlı AYNA-dan "Xəzər Xəbər”ə bildirildi ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlanma xətləri yaxın zamanda yenilənəcək.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.