Xəbər lenti

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılacaq
Ölkə10:16 13.06.2018

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 16-dan etibarən Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu səbəbdən yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.