Xəbər lenti

Sürücülərin nəzərinə: bu yollarda hərəkət məhdudlaşdırılır
Ölkə07:34 15.02.2015

Sürücülərin nəzərinə: bu yollarda hərəkət məhdudlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə mərhələli şəkildə məhdudiyyət tətbiq olunacaq.
Qaynar.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, yol cizgilərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 17:00-dək Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən “Qələbə” dairəsi istiqamətində, eləcə də əks istiqamətdə və Azadlıq prospekti ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində əsas yolda nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq. 
Sürücülərə alternativ olaraq köməkçi yollardan istifadə etmələri tövsiyə olunur.
Qaynar.info