Xəbər lenti

Sürücülərin nəzərinə: əlavə xərcə düşə bilərsiz (VİDEO)
Ölkə10:25 03.12.2018

Sürücülərin nəzərinə: əlavə xərcə düşə bilərsiz (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avtomobil mühərrikini yağdəyişmədən sonra dizel və digər vasitə ilə təmizləmək sürücüləri daha çox xərcə sala bilər.
Qaynarinfo-nun xezerxeber-ə istinadən məlumatına görə, bəzi sürücülər yağdəyişmədən sonra mühərrikin içərisini dizellə təmizlədirlər. Sürücülərin fikrincə, bu üsul mühərrikin ömrünü daha da uzadır.
Ustalar isə bunun avtomobil üçün daha ziyanlı olduğunu və sürücünü ikiqat xərcə sala biləcəyini deyirlər.
Avtomobil ustası Dəniz Ağabəylinin sözlərinə görə, mühərriki təmizləmək üçün xüsusi məhlullar var. Onlar ancaq istehsal ili yeni olan avtomobillərdə istifadəsi məsləhət görülür. Adi qaydada isə sürücü özü belə avtomobilə baxaraq mühərrikin təmizlənməsinə ehtiyac olub-olmadığını müyyyən edə bilər.
Ustalar, zərurət olmadıqda yürüş məsafəsi çox və istehsal ili köhnə olan avtomobillərdə mühərrikin hansısa qatqı ilə təmizlənməsini tövsiyə etmir.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!