Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Qaynar.info-ya verilən məlumata görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri ilə əlaqədar yol bağlıdır.
Sürücülərə alternativ olaraq Cəlil Məmmədquluzadə küçəsi və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur. Qaynar.info