Xəbər lenti

Sürücülərin nəzərinə: Problemli dairənin olduğu yerdə nəqliyyatın hərəkət sxemi dəyişdirilir (VİDEO)
Ölkə16:00 16.10.2022

Sürücülərin nəzərinə: Problemli dairənin olduğu yerdə nəqliyyatın hərəkət sxemi dəyişdirilir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət əvvəl keçmiş ''Vaz" dairəsi' kimi tanınan ərazidə yol hərəkətinin təşkilindəki dəyişiklik sürücülərin narazılığı ilə qarşınlanmışdı. Bütün bunları nəzərə alan aidiyyəti qurumlar tərəfindən sözügedən ərazidə yeni geri dönüş nöqtəsi yaradılır. 
Keçmiş "Vaz" dairəsi yaxınlığında hərəkətin təşkilində dəyişiklik edilib
Bir müddət öncə Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində Vaz dairəsinin ləğvi əksər sürücülərin narahatlığına səbəb olmuşdu. Bəzi sürücülər dairənin ləğvini vaxt itkisi kimi qiymətləndirirdilər. Ərazidə yaşayanlar Xırdalan şəhəri və paytaxa getmək üçün Saray qəsəbəsinə gedən yeni yolda uzun məsafə qət etdikdən sonra geri dönüş edə bilirdilər. 
Bütün bu amillər nəzərə alınıb və aidiyyəti qurumlar nəqliyyatın hərəkət sxemində yenilik ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Vaqif Kərimov deyir ki, ərazidə təhlillər aparılıb və sözügedən yolda yeni geriyə dönmə yerinin yaradılmasına qərar verilib.
Yaxın günlərdə işlərin tamanlanması planlaşdırılır.