Xəbər lenti

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Ölkə15:32 06.10.2021

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən "3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.