Xəbər lenti

Sürücülük hüququ olmayanların törətdiyi qəzalarda 66 nəfər öldü
Ölkə 23:55 16.12.2025

Sürücülük hüququ olmayanların törətdiyi qəzalarda 66 nəfər öldü

Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının səbəbləri içərisində xüsusi diqqət çəkir.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Qeyd olunub ki, təkcə cari ilin 11 ayı ərzində bu qəbildən olan 113 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 66 nəfər həlak olub, 84 nəfər isə yaralanıb.. 

"Sözügedən qanun pozuntusunun yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsi isə əksər hallarda valideyn məsuliyyətsizliyindən qaynaqlanır. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanın azyaşlı övladlarına həvalə edir, lakin uşaqlıq həvəsinin onların arzularını yarıda qoyacağını unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, eləcə də nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini bildirir", məlumatda bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->