Xəbər lenti

Sürücünü yolun ortasında döydülər - VİDEO
Ölkə18:58 03.09.2014

Sürücünü yolun ortasında döydülər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəhər nəqliyyatında sürücü mədəniyyətinin çox aşağı səviyyədə olmasından məlumatlısız.

 Tərbiyəsiz sürücü ilə rastlaşsanız, sadəcə baş qoşmadan çıxıb getməyinizi məsləhət edirəm. Çünki qarşıdakı maşından kimin hansı formada, ya əli bıçaqlı, ya da silahlı düşəcəyi istisna deyil.

ANS TV-nin məlumatına görə, Rusiyanın Çelyabinsk vilayətində də buna bənzər bir hadisə olub. Çelyabinsk magistrallarından birində avtomobilin videoregistratoru bu hadisəni anbaan qeydə alıb. Minik avtomobillərindən birinin sürücüsü onu ötməyə çalışan mikroavtobusun sürücüsünə öz narazılığını bildirmək üçün maşınından düşür və mikroavtobusa yaxınlaşır.

Bu zaman o, yəqin heç ağlına da gətirməzdi ki, bir azdan məşhur cizgi filmi personajları tərəfindən döyüləcək. Mikki Maus, Süngər Bob və Luntik mikroavtobusdan enərək, sürücünü yolun ortasında o ki, var döyürlər.

Sonra da heç nə olmayıbmış kimi, oradan uzaqlaşıblar. Döyülən sürücü isə bircə maşının nömrəsini götürə bilib və sonradan məlum olub ki, onu döyənlər animasiya şirkətinin əməkdaşları olub.

Qaynar.info