Xəbər lenti

Ölkə 22:45 04.02.2026

"Sürüşkən yol" işarələri aktivdir - Sürücülərə xəbərdarlıq

Şaxtalı hava şəraiti səbəbindən paytaxtın bir sıra yollarında sürət həddi endirilib, bütün elektron tablolar üzrə "sürüşkən yol” işarəsi aktivləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi 40 km/saatadək endirilib. Heydər Əliyev prospekti–Mərdəkan–Zuğulba–Bilgəh istiqamətində isə bütün hərəkət zolaqları üzrə sürət həddi 20 km/saat müəyyən edilib. Qeyd olunan yol sahələrində ümumi hərəkət sürəti 70 km/saat təşkil edir.

Məlumatda vurğulanıb ki, bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər aparılıb və bütün portallarda "sürüşkən yol” xəbərdarlıq nişanı yerləşdirilib. Sürücülərdən müəyyən edilmiş sürət hədlərinə ciddi əməl etmələri xahiş olunur.
--> -->