Xəbər lenti

Ermənilərdən iddia: “Şuşa Azərbaycanın ikinci paytaxtı olacaq” (VİDEO)
Ölkə09:50 09.12.2020

Ermənilərdən iddia: “Şuşa Azərbaycanın ikinci paytaxtı olacaq” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan hakimiyyətinin Şuşa ilə bağlı böyük geosiyasi planları var”. 
Qaynarinfo Yenisabah-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatşı rejimin rəhbəri Arayik Arutyunyanın müşaviri David Babayan bildirib.
"Şuşanın itirilməsi Ani şəhərinin itirilməsilə müqayisə edilə bilər. Amma problem ondadır ki, 92-ci ildən bu yana  regionda sabitlik üçün əsas faktor olan Şuşa gələcəkdə ciddi geosiyasi mübarizənin katalizatoru rolunu oynaya bilər”, - deyə o əlavə edib.
David Babayan Azərbaycanın Şuşaya yol çəkməsinə toxunaraq bildirib: "Bu onu göstərir ki, Şuşa Bakı üçün yalnız mənəvi dəyər deyil, həm də iqtisadi və hərbi-siyasi mahiyyət daşıyır.
İstisna deyil ki, Şuşa yeni yaranacaq Qarabağ inzibati ərazi vahidinin mərkəzi, yaxud daha çox Azərbaycanın ikinci paytaxtı olacaq”.