Xəbər lenti

Şuşa ətrafında gedən döyüşlər
Ölkə14:42 06.04.2016

Şuşa ətrafında gedən döyüşlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ANS-in Qızıl Fondu 1992-ci ildə Şuşa ətrafında gedən döyüşlərdən video materialı sizə təqdim edir. Mir Şahin döyüşlərdə iştirak edən əsgərlərlə söhbət edir və onların vəziyyəti ilə maraqlanır.
Kadrlardan əsgərlərdəki döyüş ruhu və yüksək əhval ruhiyyə açıq aydın hiss olunur. Qəhrəman döyüşçülər çətin döyüş şəraitində düşmən qarşısında əzmlə dayandıqlarını və qorxmadan torpaqları müdafiə etdiklərini söyləyib.
Çəklişlərdə Mir Şahin, Çingiz Mustafayev və Vahid Mustafayev iştirak edir.
Şuşa rayonu Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2014–cü il tarixinə 31.5 min nəfər olub. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir.
1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şəhər 8 may 1992-ci ildə işğal edilib və vəhşicəsinə dağıdılıb. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif regionlarında yaşayırlar.
Qaynar.info