Xəbər lenti

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini ilə bağlı xəbərə düzəliş
Ölkə05:30 04.04.2016

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini ilə bağlı xəbərə düzəliş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 2-də Qaynar.info saytında Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyevanın həmin gün- Kəlbəcərin işğalı günündə Bakının bahalı restoranlarının birində özünə təntənəli yubiley keçirməsi ilə bağlı dərc etdiyimiz xəbər öz təsdiqini tapmadı.

Araşdırmamız zamanı xəbəri bizə ötürən mənbənin yanlışlığa yol verdiyi məlum oldu. Belə ki, adıkeçən tədbirin aprelin 2-də deyil, düz bir ay əvvəl- Vüsalə xanımın doğum günündə- 6 mart tarixndə, həm də yaxınlarının iştirakı ilə çox kiçik çevrədə keçirildiyi aydınlaşdı.

Yanlışqdan dolayı yaranan narahatçılığa görə Vüsalə xanımdan üzr istəyirik.

Qaynar.info