Xəbər lenti

Şuşadan oğurlanan qədim xalçaların aqibəti necə olacaq? - Əkrəm Həsənov
Ölkə08:45 18.02.2021

Şuşadan oğurlanan qədim xalçaların aqibəti necə olacaq? - Əkrəm Həsənov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər bir halda biz bu məsələni qaldırmalıyıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov ermənilərin Şuşadan oğurladıqları xalçaların aiqbətindən danışarkən deyib. Onun sözlərinə görə, Şuşada istehsal olunan və hazırlanan bütün bədii-incəsənət əsərləri Azərbaycanındır:
 
"Məsələ elə də asan deyil, biz o xalçaların bizim olduğunu bilirik. Amma dünya ictimaiyyəti bizim üçün ən yaxşl halda deyirlər ki, "Qarabağ Azərbaycandır, amma orada ermənilər də yaşayıb”. Deyərlər ki, bu xalçaları ermənilərdə də istehsal edə bilər. Bədii əsərlər niyə də Ermənistanda olmasın və s. Biz onları ancaq beynəlxalq məhkəməyə verə bilərik. Məsələ asan deyil”.
Əkrəm Həsənov məsələnin qanunvericilik çərçivəsində həlli yolunu görmədiyini deyib:
"Düzdür, sübut etmək çox çətin olacaq, amma yenə də məsələni qaldırmalıyıq”. 
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da öz tvitter hesabında Şuşadan Azərbaycana aid xalçaların oğurlandığını açıqlayıb. O, "Qaçırmayın. Fevralın 20-də Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda Şuşa Muzeyinin İrəvan sərgisi açılacaq. Sərgidə nümayiş etdiriləcək nümunələr noyabrın 1-də Şuşadan gətirilib. Sərgidəki ən qədim xalça 350 yaşındadır”, - deyə bildirib.
Bahar Rüstəmli