Xəbər lenti

Şuşadan Xankəndi istiqamətində dövlət himni və “Koroğlu” üvertürası səsləndirildi
Ölkə11:35 07.03.2022

Şuşadan Xankəndi istiqamətində dövlət himni və “Koroğlu” üvertürası səsləndirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən azan verilib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib.
Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.
Bundan başqa, Şuşadan Xankəndi istiqamətində səsgücləndirici vasitəsilə Azərbaycanın Dövlət Himni, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu” üvertürası da səsləndirilib.
<iframe width="812" height="457" src="https://www.youtube.com/embed/CCutblKZ6rk" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">