Xəbər lenti

Şüvəlanda bacısını boğub öldürən qardaşın məhkəməsi başladı
Ölkə14:00 17.06.2015

Şüvəlanda bacısını boğub öldürən qardaşın məhkəməsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayrov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 24-nə təyin edilib.
Qeyd edək ki, Xəzər rayonu, Şüvəlan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı, 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğaraq qətlə yetirib.
Qaynar.info