Xəbər lenti

Söyüş söyən komandirə cinayət işi açıldı
Ölkə09:58 10.05.2013

Söyüş söyən komandirə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xudat şəhərində baş verən olayda tərəflərdən biri olan və yerli camaata söyüş söydüyü deyilən hərbi hissə komandiri Rövşən Səfərov təkcə vəzifəsindən götürülməyib, həm də onun barəsində cinayət işi açılıb. 

Bu barədə "Yeni Müsavat"ın hazırda Xaçmaz rayonunun Xudat şəhərində olan reportyoru Elşən Məmmədəliyev xəbər verib.

Onun sözlərinə görə, bu xəbərlərlə yanaşı R.Səfərovun qəfil ürəktutması diaqnozu ilə hərbi hospitala götürüldüyü də bildirilir. Dünənə qədər sap-sağlam olan zabitin birdən-birə hospitala aparılması Xudata belə söhbətlərin yaranmasına səbəb olub ki, bu yolla Səfərovu aradan çıxarmaq, məsuliyyətdən yayındırmaq istəyirlər./musavat.com/