Xəbər lenti

Tahir Abbaslı vəfat etdi
Ölkə06:20 19.07.2021

Tahir Abbaslı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist, Qarabağ uğrunda xalq hərəkatının fəal iştirakçısı Tahir Abbaslı uzun sürən xəstəlikdən sonra iyulun 18-də, 73 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Tahir Aydınoğlu bildirib.
Mərhum T.Abbaslı BDU-nun Jurnalistika fakültəsini bitirib, AzTV-də Ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru, "Xoş gördük" səhər proqramının direktoru vəzifələrində çalışıb. Son iş yeri "Mədəniyyət" qəzetində idi, o, qəzetdə baş redaktor müavini vəzifələrində işləyirdi.