Xəbər lenti

Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşdü
Ölkə17:19 13.08.2024

Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov ilə onun xanımı ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüş Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq Ağdam təmsilçinin Bolqarıstana səfəri çərçivəsində baş tutub.

Tahir Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva komandamıza uğurlar arzulayıb.

Qeyd edək ki, səfirlər bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq "Ludoqorets” – "Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.