"Bu gün klublar oyunçularını vermək istəmir. Filan oyunçunu istəyirsən qiyməti 500 mindirsə, deyirlər 8 milyon. İstəyirsinizsə, alın. Bu gün bizim hansısa oyunçumuza 10 milyon dollar təklif etsinlər, biz də verməyəcəyik”.
"Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsi oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayarkən səsləndirib.
T.Gözəl bunun xüsusilə maliyyə məsələləri ilə bağlı olduğunu bildirib:
"Bir milyon dəyəri olan oyunçuya 8 milyon verib gətirsəniz, klubu dağıdarsınız.
Tərəfdarlarımızı başa düşürəm. İnsanın ürəyi yanır ki, alın, gətirin də… Alınmır. Çünki maşın almırsınız. Bu çox qəliz bir məsələdir. Çünki burada klubun əhvali-ruhiyyəsini dağıda bilərsiniz. Çünki elə olanda o biri futbolçu deyəcək ki, "ölərəm bu adama pas vermərəm. Çünki bu adam aldığı pula da, bu kluba da layiq deyil”.
Deyirlər ki, "Qarabağ” UEFA-dan pul alır, xərcləsin də. Klub UEFA-dan alsa 15-18 milyon dollar qazanacaq. Bu isə bizim 10 aylıq xərcimizdir. Biz qənaət etməyə məcburuq”.
Həmin çıxışın tam versiyasını təqdim edirik:
Şərhlər