Xəbər lenti

Tahir Kərimov bu fotonun qurbanı oldu
Ölkə12:55 04.03.2016

Tahir Kərimov bu fotonun qurbanı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün prezident İlham Əliyev Salyanın icra başçısı Tahir Kərimovu vəzifəsindən azad edib. 
Sevindik Hətəmovu Yardımlının icra başçısı postundan azad edərək Salyan İcra Hakimiyyətinin başçısı təyin edən dövlət başçısı Tahir Kərimovla bağlı analoji sərəncamı imzalamayıb. Bu isə onun işsiz qalacağını deməyə əsas verir?
Bəs Tahir Kərimovun vəzifəsiz qalmasının səbəbi nədir? Xatırlayırsınızsa bir müddət əvvəl icra başçısının gül bayramında çəkilmiş fotosu yayılmış və geniş müzakirələrə səbəb olmuşdu. Güllərin altından keçərkən çəkilmiş şəkili Tahir Kərimovun artıq özünü "XAN" kimi hiss etdiyini deməyə əsas verir. Görünür onun bu iddiası ona vəzifəsini itirmək bahasına başa gəlib.
Qaynar.info