Xəbər lenti

Tağı Əhmədov 3 milyonunun dalınca Çovdarovun məhkəməsinə gedir - ÜZLƏŞDİRMƏ
Ölkə10:51 26.12.2016

Tağı Əhmədov 3 milyonunun dalınca Çovdarovun məhkəməsinə gedir - ÜZLƏŞDİRMƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Əməkdaşımız xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı üzrə sədri Tağı Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi elan olunub. Tağı Əhmədovun günün ikinci yarısında ifadə verəcəyi gözlənilir.

Virtualaz.org Akif Çovdarovun işi üzrə istintaq materiallarına əsasən MTN generalı hədə-qorxu və şantaj yolu ilə Tağı Əhmədovdan 3 milyon manat pul alıb. Bu hadisə 2014-cü ilin sonlarında-Tağı Əhmədovun metropoliten rəhbərliyindən uzaqlaşdırıldıqdan az sonra baş verib. Çovdarov Ruslan adlı adamını Tağı Əhmədovun yanına göndərərək onu xəbərdar edib ki, general ondan 3 milyon istəyir. Əks halda hakim işləyən oğlunun başına maska keçirib MTN-ə aparacaqlar. Daha sonra MTN-çilə Tağı Əhmədovun qardaşı oğlunu tutub aparıblar və ona işgəncə verərək əmisinin əleyhinə ifadə alıblar. Təzyiqlərə dözməyən Tağı Əhmədov 3 milyonu öz oğlu və qardaşı oğlu ilə Çovdarova göndərib, MTN-in yaxınlığında ona çatdırıb.

Qaynarinfo.Az