Xəbər lenti

Tağı Əhmədov niyə danışa bilmədi?
Ölkə12:07 27.11.2013

Tağı Əhmədov niyə danışa bilmədi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ezamiyyətdədir.
 

Bu barədə Lent.az-a özü məlumat verib.

Belə ki, əməkdaşımız bir neçə gündür mətbuatın əsas tənqid hədəfinə çevrilən T.Əhmədovla əlaqə saxlayaraq, haqqında səsləndirilən fikirlərə münasibət öyrənməyə çalışıb. 

Son günlər mətbuat nümayəndələrinin telefonlarını açmadığı və danışmaq istəmədiyi bildirilən T.Əhmədov əməkdaşımıza deyib ki, hazırda Bakıda deyil, bu səbəbdən də suallara cavab verə bilməyəcək: “Mən indi Bakıda deyiləm. Bakıdan kənarda “komandirovka”dayam. Danışa bilməyəcəm”.

 T.Əhmədov əməkdaşımızla söhbətinə bildirib ki, “komandirovka”sının müddəti 10 gündən sonra bitəcək və Bakıya, işinin başına qayıdacaq.

Qaynar.info