Tağıyev qəsəbəsində zibil problemi ictimailəşdiriləndən sonra müvafiq qurumlar əraziyə gələrək təmizləmə işləri aparıb.
Sakinlər bunun təsdiqi kimi redaksiyamıza həmin ərazidən yeni foto təqdim ediblər.
16:06
Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində antisanitariya hökm sürür.
Bu barədə Qaynarinfo-ya yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, qəsəbənin Xətai küçəsində vəziyyət daha acınacaqlıdır.
"Üfunət iyindən bu küçədən keçmək mümkün deyil. Orada zibil qutuları qoyulub. Qutular zibillə dolub-daşır. Amma gəlib yığışdıran yoxdur. Nəticədə küçədə üfunət iyindən baş çartlayır. Zibil qutularından axan çirkli su küçə boyu yayılır. Küçə xəstəlik mənbəyinə çevrilib. Qorxudan uşaqları həyətə buraxmırıq”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Sakinlər həmin küçədən çəkdikləri fotoları da redaksiyamıza təqdim ediblər.