Xəbər lenti

Tağıyev və Çarın xanımı Sofiya arasında eşq - FOTOLAR
Ölkə06:50 25.03.2014

Tağıyev və Çarın xanımı Sofiya arasında eşq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milyonçuların həyatı illər boyu maraq doğurub. İstər pullarının miqdarı,istərsə də qadınlarının çoxluğu əksəriyyəti qıcıqlandırıb. Onlarapaxıllıq edib yerlərində olmaq istəyənlərin sayı da az olmayıb.
 
Hacı Zeynalabdin Tağıyevin bilinməyən tərəfləri haqqında qeydlərə ingilis yazıçısı O`Nilin əsərlərinin birində rast gəlinir.
 
H.Z.Tağıyevtəbiətən az danışan adam olub. Özü haqqında danışmağı isə ümumiyyətlə,xoşlamayıb. Bu xüsusiyyət onun təbiətindən və bir o qədər dətəvazökarlığından irəli gəlirdi. Dahi şəxsiyyətin özünəməxsusxüsusiyyətlərinə əcnəbi, əsasən də ingilis jurnalist və yazıçılarınbələd olmasının səbəbi isə o vaxtlar Bakıya tez-tez qonaq gələnjurnalistləri Tağıyevin şəxsən özünün qonaq etməsi idi. Onun busəmimiyyətindən istifadə edən jurnalistlər isə müxtəlif mövzulardan sözaçar və beləliklə də oxucu üçün nisbətən az tanış olan məqamlardanözləri üçün qeydlər aparardılar.
 
Sərvətimə görə burjua, qəlbimə görə fəhləyəm
 
Özühaqqında danışmağı sevməyən milyonçu peşəkar əcnəbi jurnalistlərinsözgəlişi atmacalarına cavab verməklə bəzi sirlərini etiraf etməkməcburiyyətində qalıb. İngilis jurnalistin suallarından yaxa qurtarmaqüçün “Mən şöhrətdən, puldan və gözəl qadınlardan heç vaxt korluqçəkməmişəm“ deyən Hacı bir cümlə ilə özünü ifadə edib. “Onlardan hansısizi birinci tapıb?“ – sualına, “qadınlar“, - deyə cavab verib. “Bəshəyatda bu 3 nemətdən hansına daha çox üstünlük verirsiniz?“ - sualınıncavabında isə yenə də “gözəl qadınlara“, - deyib. “Mən sərvətiminmiqdarına görə burjua nümayəndəsi, qəlbimə görə isə fəhləyəm. Fəhləvicdanı isə məni həmişə sadə xalqa tərəf çəkir“.
 
Bu fikirlərində müəllifi Zeynalabdin bəy olub. Varlı və əcnəbi qadınlar onunla “eşqmacərası“ yaşamağa can atsalar da, dahi şəxsiyyət kasıb, ehtiyac içindəyaşayan qadınlara daha çox üstünlük verib.
 
Mən sizi Herakl kimi nəhəng təsəvvür edirdim
 
Ovaxtlar Qafqaz canişini Vorontsovun arvadı Liza Qriqoryevna Tiflisşəhərindəki rəfiqələri ilə tez-tez görüşürmüş. Görüşlərin birindəTağıyevə yaxşı bələd olan gürcü xanımları Lizaya Hacının “kişilik“keyfiyyətlərindən o qədər danışırlar ki, xanımda ona qarşı istəkyaranır. Rəfiqələrindən Tağıyevlə görüş yaratmaq imkanı xahiş edir.Hətta bu görüşün mütləq alınması üçün rəfiqələrinə yaxşıca pul da verir.Rəfiqələri Tağıyevlə Lizanı park gəzintisində görüşdürürlər. Görüş Lizaxanımın təsəvvür etdiyindən də gözəl alınır. O, elə ilk söhbətdənTağıyevə vurulur. Beləliklə, Tağıyev və Liza arasında qısa eşq macərasıyaşanır...
 
 
III Aleksandrın xanımı Sofiya
 
Buqısamüddətli eşq çar sarayına, III Aleksandrın xanımı Sofiya Avqustanınqulağına da çatır. Xatırladaq ki, Sofiya Avqusta Danimarka kralınınqızı idi. O, əri III Aleksandrı Bakıya səfərə çıxmağa razı salır ki,gəlib Tağıyevi görsün. Sofiya xanımın ərinə bəhanəsi isə Bakıdatikilməsini istədiyi kilsə olur. 1888-ci ilin oktyabr ayında IIIAleksandr Sofiya xanımla birlikdə Bakıya gəlib, sözügedən kilsə isəhəqiqətən tikilib.

Bundan sonra Tağıyevlə III Aleksandr və xanımıSofiya arasında görüş də olub. Görüşdən sonra Sofiya ilə Hacı təkbətəksöhbət edir. Sözə ilk başlayan Sofiya xanım “Mən sizi Herakl kimi nəhəngtəsəvvür edirdim, lakın siz kubar xanımların mübaliğəli təriflərininmüqabilində olduqca adi adama oxşayırsınız“, - deyir. Tağıyev isə “Bəlixanım, Allah hər kəsə bir cür qabiliyyət verir, kimisinin boyu ucadır,kimisinin də səsi“ deməklə danimarkalıların ucaboylu olmasına, IIIAleksandrın isə gur səsinə işarə edir.

Beləliklə, həmin söhbətdənsonra A.Sofiya xanımla Tağıyev arasında III Aleksandrdan gizli “eşq“macərası yaşanır. H.Z.Tağıyev özünün nadir enerjisi və lütfkarlığı iləyaşının bütün dövrlərində qadınların sevimlisi olub. Onu qadınlarasevdirən əsas xüsusiyyəti digər milyonçu kişilər kimi simic olmaması,əksinə, son dərəcə diqqətciliyi və əliaçıqlığı idi. Ona üz tutanqadınların heç birini heç vaxt (tanıdı-tanımadı) naümid qoymayıb.Onların istər maddi, istərsə də mənəvi tələbatlarını əsl kişi səxavətiilə ödəyib. Bakıda milyonçuların çox olduğu bir vaxtda əksər milyonçularxaçpərəst xanımlarla, xüsusilə rus, erməni, gürcü, polyak, almanxanımları ilə vaxt keçirib, onları zinət içərisində saxlamağı özlərinəfəxr bilirdilər. Əcnəbi qadınları məst etməkdə bir-biriləri iləyarışanlar da var idi. Lakin Tağıyev belələrindən deyildi.
 
“Eleqan De Parti“ ətri
 
Tağıyevintəkcə Bakıda deyil, Moskvada, Peterburqda, Berlində və Parisdə çoxluqadın pərəstişkarları olub. Paris xanımları Tağıyevin Parisə gəlişinixüsusi qeyd edirdilər. Hacı da öz növbəsində elə sözügedən qadınlaraqarşı münasibətdə laqeyd olmayıb. O, qadınların elədikləri hərəkətlərisəmimi qəbul edərək onları yüksək dəyərləndirib. “Könülləri xoş olsun“deyə o vaxt Parisdə ən bahalı, ən gözəl fransız ətri olan “Eleqan DeParti“ni hədiyyə edərdi. O vaxtlar bir çox qadınlar mağazanı bəzəyən buətirə həsrətlə baxardılar.

Tağıyev özü də o ətrin qoxusunu çoxbəyənirdi. Hətta öz faytonçusuna belə bir tapşırıq da verir ki, səhərsaat 9-da onun ardınca gələndə atların boyunlarına və quyruqlarına dasözügedən ətirdən vursun. Faytonçu da öz növbəsində verilən tapşırığacanla-başla əməl edirdi. Elə bu səbəbdən də Tağıyev keçən küçələrdən birmüddət məstedici “Eleqan De Parti“ ətrinin xoş qoxusu gələrdi. Busəbəbdən də hər bir adam Tağıyevin bu gün hansı küçələrdən keçib, haragedib-gəldiyini bilirdi. Onu da xatırladaq ki, Tağıyev çox dəqiq adamolduğundan camaat saatını onun faytonunun gəlmə vaxtı ilə düzəldərmiş.
 
101 yaşlı 8 övlad sahibi
 
Mal-mülkünəvə əsl kişiliyinə görə Tağıyev gözəl qadınlardan heç vaxt korluqçəkməyib. Amma milyonçunun başı qadınlara və puluna qarışdığındanevlənmək yadına bir qədər gec düşür və 42 yaşında evlənmək qərarınagəlir. Tağıyevin ilk həyat yoldaşı öz doğma əmisi qızı Zeynəb olub. Buizdivacdan İsmayıl, Sadıq və Xanım dünyaya gəlir. İkinci dəfə isə nə az,nə çox - düz 73 yaşında evlənib. İkinci həyat yoldaşı GeneralƏrəblinskinin 21 yaşlı qızı Sona xanım olub.

Belə nəql edilir ki,73 yaşlı Tağıyevin Ərəblinskinin gənc qızına gözü düşür. Qızı iləevlənmək istədiyini generala bildirəndə Ərəblinski imtina etmir. Lakinbildirir ki, qızının razılığı olmadan “hə” deyə bilməz. Tağıyevgeneralın qızı Sona xanımla təklikdə söhbət edib ona evlənmə təklifedir. Ərəblinski düşünürdü ki, 21 yaşlı qız 73 yaşlı kişi ilə heç vaxtailə qurmaq istəməz. Lakin Hacı ilə söhbətdən sonra Sona tezlikləevlənmək istədiyini ailəsinə bildirir. Xanımların könlünü almaqdapeşəkar olan milyonçu Sona xanıma nə demişdisə, xanım onunla evlənməyəqərar vermişdi. Bu evlilikdən Leyla, Sara, Sürəyya, Məhəmməd, İlyas adlıuşaqlar dünyaya gəlib. Hacı Sona xanımla 101 yaşına kimi yaşayıb.
 
 
Onun ayağı bildiyini mənim başım bilmir
 
 
Birgün Axund Hacı Turab Tağıyev üçün üçün Quranın Yasin surəsini, oxuyubtərcümə edir. 82-ci ayəyə, yəni "Allah bir şeyə iradə eləsə, ona "Ol!"deyər, o da dərhal olar" çatanda, Hacı soruşur ki, yəni mənim bu qədərvar-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axundcavab verir ki, bəli!"

Azərbaycanda Sovet hakimiyyətininqurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyətedir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.

Bubarədə başqa bir rəvayətdə isə belə deyilir: Bir dəfə Hacı faytondagedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz gəlir. Tezfaytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turabfaytonu almır və deyir: “Təşəkkür edirəm, mən nəyim varsa onunlakifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey –varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir”.
 
HacıZeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra buuzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyətedir ki, məni onun ayağı altında basdırın – “Onun ayağı bildiyini mənimbaşım bilmir”.
 
Dəfn mərasimində 44 dildə ağı 
 
Tağıyev1924-cü ildə 101 yaşında vəfat edib. Onu Mərdəkanda dəfn ediblər.Zeynalabdini son mənzilə yola salan izdihamın içərisində qadınlarkişilərdən iki dəfə çox olub. Hərçənd ki, müsəlman adətinə görə cənazəniqadınların müşayiət etməsinə icazə yoxdur. Lakin mollalarınmüqavimətinə baxmayaraq, qadınların çoxluğu şəriətin qanunlarına beləüstün gəlib. Deyilənlərə görə, Hacı dəfn olunarkən Pir HəsənMəqbərəsində ona 44 dildə ağı deyilib. Bakı çoxmillətli şəhərolduğundan, burada hər cür millətə rast gəlmək olardı və üstəlik,Tağıyevin dəfninə əcnəbi qadınlar da gəlib. Hacı o vaxtın ən idealkişisi idi və bunu qadınlar 101 yaşlı qocanın dəfn mərasimində bir dahaöz göz yaşları ilə sübut etdilər. //axar.az//