Xəbər lenti

Taksi fəaliyyəti ilə bağlı tələblər Nazirlər Kabinetinə təqdim edildi
Ölkə15:41 19.02.2024

Taksi fəaliyyəti ilə bağlı tələblər Nazirlər Kabinetinə təqdim edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən taksi daşımaları ilə bağlı normativ hüquqi akt layihələri, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, sürücü barədə məlumatların siyahısı hazırlanıb, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məlumat verib.
O bildirib ki, sözügedən sənədlər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən elektron formada müvafiq icazə veriləcək.