Xəbər lenti

Taksi piyadanı vuraraq öldürdü
Ölkə06:21 10.09.2013

Taksi piyadanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda London taksisi piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ötən gün saat 20.00 radələrində Mehdiabad-Fatmayı yolunda qeydə alınıb.

Salman Məmmədli oğlu Xudiyevin idarə etdiyi  “90-AT-740” dövlət nömrə nişanlı “London Taxi” markalı avtomobil  yolu keçən 40-50 yaşlarında naməlum kişini vurub. Piyada hadisə yerində ölüb.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info