Xəbər lenti

Taksi sürücüsü 19 yaşlı qıza təcavüz etmək istədi
Ölkə08:57 27.07.2013

Taksi sürücüsü 19 yaşlı qıza təcavüz etmək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıdan Gəncəyə gələn 19 yalı qız taksidə soyğuna məruz qalıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ə. Məmmədova polisə müraciət edərək bildirib ki, şəhərin Abbas Səhhət xəstəxanasının yaxınlığında, Bakıdan Gəncəyə gəldiyi taksidə sürücü onunla zorla cinsi əlaqədə olmağa cəhd edib. Buna nail ola bilməyən sürücü daha sonra onun çantasından 400 manat pulu götürərək qaçıb. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, taksi sürücüsü, Bakı şəhər sakini, xuliqanlıq hərəkətlərinə görə məhbusluq həyatı yaşayan, 1979-cu il təvəllüdlü Rza Nadirov olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qaynar.info