Xəbər lenti

Taksi sürücüsü “Avtostop”un əməkdaşına hücum etdi - VİDEO
Ölkə19:57 07.11.2014

Taksi sürücüsü “Avtostop”un əməkdaşına hücum etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

106.3 radisostansiyasında yayımlanan “Avtostop” proqramının Youtube-dəki canlı yayımı zamanı insident yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə layihənin rəhbəri Tural Yusifov Facebook-da yazıb. “Canlı efirdə müxbirimizə hücum edib telefonunuz əlindən almaqğa cəhd etdilər. Əməkdaşımız Səməd Ağayev öz vəzifəsini yerinə yetirərkən “Avtostop” verilişinin canlı efirinə küçədə dayanma və durmaq qaydalarını pozan taksi sürücüsünün görüntülərini ötürür.

Bu sürücü Afiyəddin Cəlilov küçəsində piyada keçidində avtomobilini saxladığına görə biz onu efirdə şərh edirik. Daha sonra həmin taksi sürücüsü müxbirimizin arxasınca gələrək ondan çəkdiklərini silməyi tələb etdib və telefonu əlindən almağa çalışıb”, - layihə rəhbəri hadisəni belə təsvir edib.

Baş vermiş insidentin videosunu təqdim edirik.