Xəbər lenti

Taksi sürücüsü qətlə yetirildi - Lənkəranda
Ölkə13:15 01.08.2015

Taksi sürücüsü qətlə yetirildi - Lənkəranda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəranda qətl hadisəsi törədilib. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 1-də günorta saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb. 
Məmməd adlı taksi sürücüsü aralarında olan şəxsi münaqişə zəminində həmkarı, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərova ürək, qarın boşluğu və digər nahiyələrdən 4 bıçaq zərbəsi vurub.
Yaralı çatdırıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasında keçinib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görürlər. 
Qaynar.info