Xəbər lenti

Taksi sürücüsündən nümunəvi addım: 5 gündür hədiyyənin sahibini axtarır (VİDEO)
Ölkə18:50 13.03.2018

Taksi sürücüsündən nümunəvi addım: 5 gündür hədiyyənin sahibini axtarır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Kamil Hüseynov adlı şəxs hər kəsə nümunə olacaq bir addım atıb. O, günlərdir maşınında unudulan planşetin sahibini axtarır. Ancaq onun axtarışları hələ də nəticə verməyib. Məlum oldu ki, maşında unudulan planşet 8 mart məqsədi ilə kiməsə hədiyyə alınıb və həmin gün də sahibinə təqdim edilmədən itirilib.
8 martda hədiyyə etmək üçün aldığı planşeti taksidə unutdu. Ancaq taksi şoferi həmin nə satıb nə də istifadə edib.
Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Kamil Hüseynov maşınında unudulan hədiyyənin sahibini tapmaq üçün "XəzərXəbər”ə müraciət edib. O, artıq 5 gündür ki, həmin hədiyyəni maşında unudan şəxsi axtarır. Onun axtarışları hələ də nəticə verməyib.
Kamil Hüseynov deyir ki, əgər bu dəfə də hədiyyənin sahibi tapılmasa, polisə müraciət edəcək.