Qarın yağması ilə əlaqədar yollarda sürüşmə yarandığından, axşam saatlarından başlayaraq, bəzi şəxslər bundan yararlanmaq qərarına gəliblər.
Qaynar.info axar.aza istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunda maşınları itələmək üçün xüsusi dayanmış adamlar 1 manat müqabilində hərəkət etməkdə çətinlik çəkən maşınları itələmək təklifi edirlər.
Sözü gedən magisrtralla hərəkət edən taksilərdə isə bu gün xüsusi qiymət artımı müşahidə olunur. Adi günlərdə bir sərnişini 1 manata aparan taksilərin qiyməti adambaşına 20 manat artırıb.
Şəhərdaxili takislərdə də qiymət artımı müşahidə olunur.