Xəbər lenti

Taksilərə qarşı reyd başlayır
Ölkə09:16 16.04.2015

Taksilərə qarşı reyd başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aprel ayının sonu, mayın əvvəlindən qeyri-qanuni taksiçiliklə məşğul olan sürücülərə qarşı "hücum" başlayacaq." Bunu ANS TV-nin efirində yayımlanan "Günə Baxan" verilişində Nəqliyyat Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. 
Nazirlik rəsmisi bəzi mərkəzi küçələrdə sıxlığın yaranmasını avtobus dayanacaqlarında taksilərin saxlanması ilə izah edib: "Buradan yolu nəzərdə tutmayan yerdən keçən piyada və avtomobillərini dayanacaqlarda saxlayan taksi sürücülərinə bir daha müraciət edirik ki, buna son qoysunlar. Bu cür hallara ilk növbədə ictimai qınaqla son qoymaq olar".
Qaynar.info