Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? (VİDEO)
Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdə müştəri mənzil başına çatdıqdan sonra taksi sürücüsünün ödənişini etmədən qaçır. Sürücü də qarşılaşdığı bu vəziyyəti telefonun kamerası ilə qeydə alaraq ictimailəşdirib.
Modern.az xəbər verir ki, Baku TV-nin məlumatına görə, adətən, taksi sürücülərinin davranışı cəmiyyətdə qınaq hədəfinə çevrilir.
Lakin bu dəfə vəziyyət fərqlidir, zərərçəkən taksi sürücüsüdür. Bəs sərnişinin bu hərəkəti hansı məsuliyyəti yaradır? Belə hallarda sürücünün hüquqları necə qorunur?
Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, vətəndaş taksi mobil tətbiqi vasitəsilə sifariş verdiyi andan tərəflər arasında artıq əqd bağlanmış hesab olunur və hüquqi münasibət yaranır. "Əgər sərnişin xidmət haqqını ödəməkdən imtina edərək hadisə yerindən qaçırsa, bu, hüquqi məsuliyyət yaradır. Belə hallar inzibati xəta kimi qiymətləndirilə bilər. Ödənişdən yayınmaqla sürücüyə maddi zərər vurulmuş sayılır və bu əmələ görə şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülə bilər. Qanuna əsasən, belə hallarda 160 saatdan 240 saata qədər ictimai iş cəzası tətbiq oluna bilər", - deyə hüquqşünas bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər