Xəbər lenti

Talassemiyalı İlhamə: “Mənə kömək edin”
09:25 06.03.2015

Talassemiyalı İlhamə: “Mənə kömək edin”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Mənim adım İlhamədir. Bəlkə də həyatda ən çox hədiyyə alan qız mənəm, 7 yaşım olmasına baxmayaraq. Mənə doğulduğum gündən yüzlərlə insan öz qanını hədiyyə edir. Bu hədiyyələr məni yaşadır, amma içindəki dəmir məni həm də öldürür, qara ciyərimə, dalağıma çökür və aylar keçdikcə mən ölürəm... Mənə yenə hədiyyə edin... Bu dəfə qan istəmirəm sizdən. Mənim yaşamağım üçün 7 və 8 martda Park Bulvarda yardım aksiyasına gəlib, mənə dəstək olun”.

Bu sözlər irsi qan xəstəliyindən - beta talassemiyadan əziyyət çəkən 7 yaşlı İlhaməyə aiddir. Körpəlikdən ayda 2-3 dəfə bədəninə vurulan qan və hər gecə inyeksiya yolu ilə - çox ağrılı proseslə  bədəninə köçürülən disferal hesabına yaşayır.

Amma bu da çox davam edə bilməz, çünkü dalaq və qara ciyəri şişdiyi üçün təcili əməliyyat olunub bu xəstəlikdən birdəfəlik canını qurtarmalıdır. Bu əməlyyat baha olduğundan ailənin maddi imkanı çatmır. Körpə İlhamə hər dəfə anasından “mən nə vaxt sağalacam?”-deyə soruşur... Naəlac ana göz yaşlarını gizlədərək ona əməliyyat olunub sağalacaqsan deyir, ümid, vəd verir...

“Mən Günay Əsgərova - bir ana kimi sizlərin hər birinizi mənə kömək etməyə, səsimə səs verməyə, mənə dəstək olmağa, körpə balamı sağaltmaqda mənə yardım etməyə səsləyirəm. Birinci övladımı da qan xərçəngi əlimdən aldı, sizlərə yalvarıram, mənə kömək edin ki, İlhaməni yaşada bilim. O mənim bircə balamdır, həyatda son ümidimdir...

Xahiş edirəm sizdən, biganə qalmayın. Hətta edə biləcəyiniz ən kiçik yardım da İlhamənin sağalması üçün bir addımdır. Kömək edin ki, balaca İlhamə də əməliyyat olunsun, özündə güc tapıb həmyaşıdları ilə oynaya bilsin, üzü gülsün. Allah xatirinə kömək əlinizi uzadın...”

İlhamı üçün illərlə donor gözlədikdən sonra bir ümid yeri, Almaniyada Tubingen Klinikasında əməliyyat olunmaq və sağalmaq şansı yaranıb. İlhaməni bu şansdan məhrum etməyək... Hər birinizin köməyinə ehtiyacı var qızcığazın, onun çağırışı səs verək...

Nəzərə çatdıraq ki, daha əvvəl də İlhamə ilə bağlı xeyriyyə aksiyaları keçirilib. 7 və 8 martda növbəti xeyriyyə aksiyasıdır. 

Əlaqə nömrəsi: 0559895474

Hesab: AZ97UBAZ10053562041010AZN002

Benefisiar Bank: Unibank CB, SWIFT adresi: UBAZAZ22 (Baku, AZ, Azerbaijan)

Benefisiar Bankın Hesab N-si: AZ46NABZ01350100000000015944

Vasiteçi Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 505754 VÖEN: 1300017201

Qaynar.info

Oxşar xəbərlər