Xəbər lenti

Tale Heydərov yeni şirkətin rəhbəri oldu
Ölkə09:24 22.04.2014

Tale Heydərov yeni şirkətin rəhbəri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda yaradılan kommersiya şirkətinin rəhbəri olub. 

Turan xəbər verir ki, şirkətin ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir. KİV-də bu yaxınlarda gedən məlumata görə, 17 fevralda “Sabah P&D International” MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur. 

Buna qədər T. Heydərov London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci  il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) təsisçisi, “Qəbələ” futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri idi.

Qaynar.info