Xəbər lenti

Taleh Bağırov cərimə kamerasına salındı
Ölkə06:37 03.03.2016

Taleh Bağırov cərimə kamerasına salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırov martın 1-də cərimə kameriasına (karser) salınıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil dünən Taleh Bağırovla görüşüb: "Dünən Taleh Bağırovu 7 gün müddətinə cərimə kamerasına salıblar. Bağırov bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq hüquqi addımlar atmaq niyyətindəyəm".
Taleh Bağırov noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O Bakı İstintaq Təcridxanasında saxlanılır.
Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb ("Amerikanın səsi").
Qaynar.info