Xəbər lenti

Taleh Bağırovun tərəfdarı silahla tutuldu
Ölkə10:57 16.04.2016

Taleh Bağırovun tərəfdarı silahla tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə radikal dini qruplaşmanın üzvü tutulub.
Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilərək götürülüb.
APA-nın əldə etdiyi məlumata görə, E. Cavadov “Müsəlman birliyi” adlı hərəkatın üzvlərindəndir.
Qaynar.info