Xəbər lenti

Taleh Bağırzadənin müavini ilə bağlı məhkəmə qərarı
Ölkə11:10 23.04.2016

Taleh Bağırzadənin müavini ilə bağlı məhkəmə qərarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Nəsimi Rayon Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Bu barədə virtualaz.org saytına Elçin Qasımovun vəkili Elnur Nəbiyev məlumat verib.
Vəkil bildirib ki, E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də tutulub. E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə cinayət işi başlanılıb.
Qaynarinfo.az