
Müsəlman Birliyi Hərəkatının sədri, hazırda həbsdə olan və “Nardaran işi” üzrə məhkəmə qarşısına çıxarılan Taleh Bağırzadənin iki tərəfdarı yanvarın 23-dən yoxa çıxıb. Bunlar Rövşən Məmmədli və Əhsən adlı (soyadını öyrənə bilmədik) gənclərdir. Bu barədə azadliq.info-ya Naradaran məhbuslarının yaxınları xəbər verib.
Hər iki gənc “Nardaran işi” üzrə məhkəmə proseslərini izləməyə mütəmadi gələnlərdəndir. Onlardan biri – Rövşən Məmmədli bir neçə gün qabaq azadliq.info-da Taleh Bağırzadə haqqında yazısını da çap etdirib.
Ehtimal olunur ki, gənclər Taleh Bağırzadəyə aşkar simpatiya və dəstəklərinə görə cəzalandırılmaq üçün “aradan götürülüblər”.(azadlıq.info)
Qaynarinfo.Az