Xəbər lenti

Dünya 21:10 09.08.2022

Taliban universitet və məktəblərdə tədris kurslarının mövzularını islamlaşdırmağa başladı

Taliban hökuməti universitetlərin tədris mövzularını dəyişdirmək və islamlaşdırmaq üçün Ali Təhsil Nazirliyində şöbə yaradıb.

Qaynarınfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.

Bu ofis Taliban hərəkatının lideri Hebətullah Axundzadənin göstərişi ilə universitetlərin "İslam və şəriət qanunlarına uyğunlaşma” üzrə tədris planına yenidən baxılması məqsədi ilə yaradılıb.

Ölkə daxilində və xaricində olan əfqan ziyalıları xəbərdarlıq edir ki, bu proseslə Talibanın təhsil orqanları bir çox ədəbi, poetik, bədii, tarixi, fəlsəfi, mistik və müasir elm qaynaqlarını, məktəb və universitet kurslarını ləğv edəcəklər.

Bundan əvvəl Taliban nümayəndələri beynəlxalq ictimaiyyətin nümayəndələri ilə danışıqlarda söz vermişdi ki, bu qrup Əfqanıstanın təhsil sisteminin məzmununu dəyişmək niyyətində deyil.

Əfqanıstanda müəllimlərin maaşları və məktəb büdcələri beynəlxalq qurumlar tərəfindən təmin edilir, buna baxmayaraq, 6-cı sinifdən yuxarı qız məktəbləri hələ də bağlıdır və qızların qarşıdan gələn universitetə ​​qəbul imtahanında iştirak edib-etməyəcəyi bəlli deyil.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->