Xəbər lenti

TANAP-a 500 milyon dollar kredit ayrıldı
Ölkə18:07 18.10.2017

TANAP-a 500 milyon dollar kredit ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Trans-Anadolu Qaz Boru Kəməri üçün “Cənub Qaz Dəhlizi” QSC-yə 500 milyon dollar kredit ayırıb.

"Qaynarinfo" Anadolu agentliyinə istinadən xəbər verir ki, AYİB-dən verilən açıqlamada Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çatdırılmasını təmin edəcək TANAP layihəsinin Avropanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynayacağı bildirilib.

Qeyd edək ki, boru kəmərinin 2018-ci ilin ortalarında inşası tamamlanacağı bildirilir.

TANAP layihəsində Azərbaycanın “Cənub Qaz Dəhlizi” şirkətinin 58 faiz, Türkiyənin BOTAŞ şirkətinin 30 faiz və BP şirkətinin 12 faizlik payı var.

Qaynarinfo.Az